• HADİSƏ

    12:13 10 mart 2019

Masallıda avtomobil aşıb - FOTO

Masallıda yol nəqliyyat hadisəsi baş verib.

ONA-nın cənub bürosundan verilən məlumata görə, Lerik rayon sakini, 1957-ci il təvəllüdlü Babaxan Kərimov Hidi oğlu idarəetməni itirib və avtomobil aşıb.

Ağır qəzaya baxmayaraq, sürücü yüngül xəsarət alıb. B. Kərimov sağ əlin əzilmiş yarası ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Hafiz

Teqlər:

SON XƏBƏRLƏR