• HADİSƏ

    13:23 6 aprel 2019

Masallıda ər arvadını bıçaqlayaraq öldürüb

Masallıda ərlə arvadın münaqişəsi ölümlə nəticələnib.

ONA-nın cənub bürosundan verilən məlumata görə, hadisə Masallı şəhəri N.Nərimanov küçəsində baş verib. Rayon sakini, 1974-cü il təvəllüdlü Nicat Şəbiyev ilə həyat yoldaşı, 1984-cü il təvəllüdlü Günay Şəbiyeva arasında ailə-məişət zəminində münaqişə yaranıb. Nəticədə ər həyat yoldaşının qarnına bıçaqla xəsarət yetirib. Yaralını dərhal Masallı Rayon Mərkəzi Xəstəxanasına aparsalar da onun həyatını xilas etmək mümkün olmayıb. Nicat Şəbiyev polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Qeyd edək ki, Nicat Şəbiyev əvvəllər məhkumluq həyatı yaşayıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Tural Kərimov

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR