Yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçən şəxsi avtomobil vurub.
ONA-nın xəbərinə görə, hadisə Abşeron rayonunda baş verib.
1997-ci il təvəllüdlü Pirniyar Pərviz Aydın oğlu piyadalar üçün müəyyən edilməmiş hissədən keçərkən onu minik avtomobili vurub. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Nurlan Əli