• HADİSƏ

    17:27 3 iyun 2019

Masazırda avtomobillə vurulan qadın xəstəxanada ölüb

Abşeronda ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, Masazır kəndi ərazisində kənd sakini R.Mustafayev idarə etdiyi “Daewoo” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Elnarə Məmmədovanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Abşeron RPİ tərəfindən araşdırma aparılır.

Səlcuq

Teqlər:

SON XƏBƏRLƏR