• HADİSƏ

    14:20 28 aprel 2019

Masazırda komendantın güllələdiyi 3 nəfər xəstəxanadan evə buraxılıb

Abşeron rayonunun Masazır qəsəbəsində baş verən silahlı insident zamanı xəsarət alanlar evə buraxılıb.

1 saylı Kliniki Tibbi Mərkəzdən ONA-ya verilən məlumata görə, xəstəxanaya yerləşdirilən şəxslər yüngül xəsarət alıblar, həyatı təhlükələri olmadığından ambulator müayinəyə buraxılıblar.

Xatırladaq ki, aprelin 27-si saat 16:30 radələrində Abşeron rayonunun Masazır qəsəbəsinin Əliağa Vahid küçəsində fəaliyyət göstərən "Günəş" alqı-satqı ofisinin qarşısında "Yeni Bakı" Yaşayış Kompleksinin komendantı Ehtiram Yusifov şəxsi münasibətlər zəminində həmin ofisdə işləyən Məmməd Talıbov, Kamran Qasımov və Zaur Gəncəliyevə "Vinçester" markalı odlu silahdan atəş açaraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.2.4-cü (Xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib.

Cinayəti törətməkdə şübhəli bilinən Ehtiram Yusifov iş üzrə şübhəli şəxs qismində tutulub. Hazırda hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq, əməliyyat tədbirləri davam etdirilir.

Ramil

Teqlər:

SON XƏBƏRLƏR