Gürcüstandan gələn avtomobildə 3600 ədəd siqaret aşkarlanıb
  • HADİSƏ

  • 11:54 04 Mart 2019

Gürcüstandan gələn avtomobildə 3600 ədəd siqaret aşkarlanıb

Gömrükdə 3600 ədəd siqaret, 11 ədəd "Nemirovskaya" markalı spirtli içki aşkarlanıb.

ONA Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşına məxsus "VAZ-21063" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Baxışdan əvvəl şifahi sorğu-sual olunan vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə gömrük baxışı keçirilib.

Baxış zamanı minik maşınının ön oturacaqlarının içərisində və arxa oturacağın altında gizlədilən 3600 ədəd siqaret, habelə ehtiyat təkərin içərisində gizlədilən 11 ədəd "Nemirovskaya" markalı spirtli içki aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Aytən Yusifova

Teqlər:

OXŞAR XƏBƏRLƏR