• HADİSƏ

    00:19 23 iyun 2019

"Megafun" əyləncə mərkəzində helium şarı partlayıb, 8 nəfər yüngül xəsarət alıb - YENİLƏNİB - 3

Bakı şəhərinin Xətai rayonunda “Megafun” əyləncə mərkəzinin 2-ci mərtəbəsində helium şarlarının partlaması nəticəsində baş verən alışma nəticəsində 8 nəfərə (3-ü uşaq olmaqla) xəsarət alıb.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Xəsarət alanlar ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Yanğın hadisəsi baş verməyib.

****

22:07

"Megafun" əyləncə mərkəzində hadisə baş verib.

APA-nın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonu A.Cəlilov 96 ünvanında yerləşən “Megafun” əyləncə mərkəzinin 2-ci mərtəbəsində insident baş verib.

İlkin dəqiqləşdirilmiş məlumata əsasən, “Megafun” əyləncə mərkəzinin 2-ci mərtəbəsində helium şarlarının partlaması nəticəsində ani alışma olub, nəticədə 2 uşaq yanıq xəsarəti alıb.

Daha bir neçə nəfərin yüngül xəsarət alması ehtimal edilir.

Qeyd edək ki, hadisə nəticəsində heç bir yanğın baş verməyib.

****

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev APA-ya deyib ki, əyləncə mərkəzində asılmış helium şarları animatorların ehtiyatsızlığından partlayıb. Hadisə nəticəsində 6 nəfər yüngül bədən xəsarətləri alıb, onlardan 2-si uşaqdır.

Faktla bağlı araşdırma aparılır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR