• HADİSƏ

    17:53 11 mart 2019

Mehdiabad qəsəbəsində iki mina tapılıb

Mehdiabad qəsəbəsində mina tapılıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) ONA-ya verilən məlumata görə, daxil olmuş məlumat əsasında agentliyin mütəxəssisləri və Abşeron Rayon Polis İdarəsinin əməkdaşları Abşeron rayonunu Mehdiabad qəsəbəsində yol kənarına baxış keçirib.

Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ədəd təlim məqsədli (tərkibində heç bir partlayıcı maddə olmayan) tank əleyhinə mina (TM-46 və TM-62M) aşkar olunub götürülərək, Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Minaların ətrafında 500 kv. m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR