Mərdəkan çimərliyində qadın meyiti tapılıb - [color=red]FOTO[/color] - [color=red]YENİLƏNİB[/color]
  • HADİSƏ

  • 14:01 19 Aprel 2019

Mərdəkan çimərliyində qadın meyiti tapılıb - FOTO - YENİLƏNİB

Daxili İşlər Nazirliyi Bakıda daniz kənarından meyit tapılması faktı ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, meyiti tapılan qadının xarakterik əlamətləri belədir: Boyu 159 santimetr, orta bədən quruluşlu, saçlarının rəngi qaradır. Ağız boşluğunda alt və üst çənəsinin hər birində 4 ədəd sarı metaldan hazırlanan dişləri var. Meyit tapılan zaman əynində idman üslubunda tikilən qara şalvar, qara uzunboğaz yun köynək, ayağında qırmızı rəngli ayaqqabı olub.

Şəxsiyyəti məlum olmayan şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Zəng Mərkəzinə, Nəqliyyatda Baş Polis İdarəsi Su Nəqliyyatında Polis İdarəsinə (012) 433-38-02, (012) 433-38-12, həmçinin 050-200-58-08 telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

 

***

Saat 00:50

 

Bakının Xəzər rayonu ərazisində meyit tapılıb.

ONA-nın xəbərinə görə, təxminən 35-40 yaşlarında olan qadın meyitinə Mərdəkan qəsəbəsində, dəniz kənarında rast gəlinib.

Ölən şəxsin kimliyi hələlik məlum deyil.

Faktla əlaqədar rayon Prokurorluğuna da məlumat verilib.

Meyitin şəxsiyyəti dəqiqləşdirilir.

Nurlan Əli

Sərxan Kamallı

Teqlər: Bakı Mərdəkan meyit

OXŞAR XƏBƏRLƏR