“Mersedes”in vurduğu piyada ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib
  • HADİSƏ

  • 03:12 27 İyun 2019

“Mersedes”in vurduğu piyada ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib


Saray qəsəbəsində 1993-cü il təvəllüdlü Əsgərov Sərvər Qismətəli oğlu “Mersedes” markalı avtomobil tərəfindən vurulub.

APA xəbər verir ki, hadisə nəticəsində piyada ağır xəsarət alıb. 

S.Əsgərov dərhal 1 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb. O, reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisə barəsində polisə məlumat verilib. Faktla bağlı araşdırma başlanılıb.

Nurlan Əli

Teqlər:

OXŞAR XƏBƏRLƏR