Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz silahlı birləşmələrdə iştirak etməkdə təqsirləndirilən Əhməd Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
ONA-nın xəbərinə görə, hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Ə. Məhərrəmov 7 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Əhməd Məhərrəmov Azərbaycanda fəaliyyət göstərmiş qanunsuz silahlı birləşmə olan "Meşə Qardaşları" üzvü olub. Lakin o istintaqdan uzun müddət gizlənə bilib. Barəsində axtarış elan edilən Ə. Məhərrəmov bu il saxlanılıb.