Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Surxay Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
ONA-nın xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, S. Əliyev 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ötən il Sabunçu rayonunun Maştağa qəsəbəsində S. Əliyev orada yerləşən "Araz" Supermarketlər Şəbəkəsinin əməkdaşları Vüqar Hüseynzadə və Kənan Səlimov bıçaqlayıb. Nəticədə V. Hüseynzadə ölüb, K. Səlimov isə xəstəxanaya yerləşdirilib.