Azərbaycanın tanınmış şirkətinə qarşı dələduzluq edilib.
ONA-nın məlumatına görə, “METAK” şirkətinin direktoru Aydın Kərimov hüquq mühafizə orqanlarına şikayət edərək Qusarda Aşağı Ləyər kəndində, kənd sakini Dərya Novruzovadan 2 hektar torpaq sahəsi aldığını, lakin sonradan həmin torpağın başqa bir adama da satıldığının məlum olduğunu bildirib.
Şirkətin hüquq şöbəsindən ONA-ya bildirilib ki, Aydın Kərimov özü üçün yox "METAK" şirkət üçün torpaq sahəsi alıb. Məsələ ilə bağlı polisə şikayət edilib.
Nurlan Əli