• HADİSƏ

    20:47 23 mart 2019

Meyxanaçı Aydın Xırdalanlı vəfat edib

Tanınmış meyxanaçı Aydın Xırdalanlı (Quliyev) vəfat edib.

ONA-nın xəbərinə görə, bu barədə onun yaxınları məlumat verib.

Uzun müddətdir, səhhətində yaranmış problemlərdən əziyyət çəkən 42 yaşlı Aydın Xırdalanlı serrozdan dünyasını dəyişib.

Meyxanaçı Namiq Qaraçuxurlu da özünün “İnstagram” səhifəsində Aydın Xırdalanlının vəfat etdiyini yazıb.

“Meyxana sənəti bir sənətkarını da itirdi”, - deyə N. Qaraçuxurlu qeyd edib.

Bu gün dünyasını dəyişən meyxana ustasının sabah dəfn olunacağı bildirilir.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR