Dəfn mərasimində iştirak edən daha 2 nəfər məsuliyyətə cəlb olunub.
Xəbər verdiyimiz kimi, avqustun 29-da Binəqədi rayonu Biləcəri qəsəbəsində vəfat edən meyxanaçı Vüqar Paşayevin (Vüqar Biləcəri) dəfn mərasimində ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi qaydalarının və sanitar-epidemioloji sərtlərinin kütləvi surətdə pozulması halı qeydə alınıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə sosial şəbəkələrdə və KİV-lərdə həmin mərasimdən yayımlanmış görüntülərdə əks olunan daha 2 nəfər - meyxanaçı paytaxt sakinləri Orxan Əzimov (Orxan Lökbatanlı) və Elşən Qürbətov ( Elşən Xəzər) Abşeron Rayon Polis İdarəsinə dəvət olunaraq barələrində inzibati tənbeh tədbiri tətbiq edilib.
Dəfn mərasimində yayılmış görüntülərdə əks olunan digər şəxslərin müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir.