• HADİSƏ

    23:50 13 iyul 2019

Mikroavtobusla avtoxuliqanlıq edən şəxs 20 sutka ilə cəzalandırılıb

İdarə etdiyi avtomobildə avtoxuliqanlıq hərəkətlərinə yol verən Mingəçevir sakini saxlanılıb.

ONA-nın Mingəçevir bürosunun məlumatına görə, idarəetməyə zidd davranışları ilə bağlı videogörüntüsünü sosial şəbəkələrdə yayımlayan sürücünün Mingəçevir şəhər sakini 1984-cü il təvəllüdlü Məmmədov Anar Vidadi oğlu olduğu müəyyənləşdirilib.

O, "Mecedes Vita" markalı mikroavtobusla Gürcüstandan qayıdarkən yolda avtoxuliqanlıq edib və bu hərəkətlərini kameranın lentinə köçürüb. Daha sonra bu videonu sosial şəbəkədə yayımlayıb və izləyicilər haqlı olaraq bu cür sürücülərin yollarda potensial təhlükə mənbəyi olduğunu bildirərək onun hərəkətlərini qınayıb. Hadisəyə rəsmi müdaxilə də gecikməyib. Polis əməkdaşları qayda pozucusunu müəyyən edərək saxlayıb.

İnzibati qaydada cəzalandırılan sürücü 20 sutka müddətinə həbs edilib.

Ehtiram

Teqlər:

SON XƏBƏRLƏR