Mingəçevirdə 32 yaşlı şəhər sakinini bıçaqlayan şəxs saxlanılıb.
ONA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə dünən axşam Xan Şuşinski küçəsində yerləşən kafedə baş verib.
1987-ci il təvəllüdlü şəhər sakini Məhəmməd Abdullayev kafedə içkili vəziyyətdə olan digər şəxs tərəfindən bıçaqlanıb. Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1994-cü il təvəllüdlü şəhər sakini Məmməd Səfər oğlu Bəkirov saxlanılaraq istintaqa təhvil verilib. Saxlanılan şəxs ilkin ifadəsində törətdiyi əməli etiraf edib.
Faktla bağlı arşdırma aparılır.