• HADİSƏ

    02:28 13 iyun 2020

Mingəçevir sakini naməlum şəraitdə başından ağır zədə alıb


Mingəçevir sakini kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə gecə saatlarında Şah İsmayıl Xətai küçəsi, 19 ünvanında qeydə alınıb.

1987-ci il təvəllüdlü Cahangirov Ruslan Xaləddin oğlu naməlum şəraitdə küçədə başından ağır zədə alıb. Yaralı dərhal xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR