• HADİSƏ

    04:16 3 yanvar 2020

Mingəçevir sakini naməlum şəraitdə bıçaqlanıb

Mingəçevirdə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Fazil Əzimov küçəsində qeydə alınıb.

1968-ci il təvəllüdlü Nəbiyev Vaqif Bahələddinoviç naməlum

şəraitdə sağ qulaq nahiyəsindən kəsilmiş-deşilmiş bıçaq yarası xəsarəti alıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Görülən tibbi yardım sayəsində zərərçəkənin durumu stabilləşib.

Hadisənin başvermə səbəbləri məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram

Teqlər:

SON XƏBƏRLƏR