Mingəçevir sakini qaz sobası ilə ehtiyatsız davranış nəticəsində yanıq xəsarətləri alıb.
ONA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Günəşli yaşayış massivində baş verib.
Qaz sobasını açıq qoyub bir müddət sonra yandırmaq istəyən 1969-cu il təvəllüdlü Tərgül Əlifrat qızı Əliyeva üz nahiyəsindən yanıq xəsarətləri alıb. Mənzildə hər hansı ciddi yanğın qeydə alınmayıb.
Tibbi yardım alan 50 yaşlı qadının durumu bir müddət sonra stabilləşib və ambulator müalicə üçün evə buraxılıb.