Bu gün Mingəçevir su anbarı hövzəsində çimərlik ərazisində yerli sakinlər tərəfindən mərmi tapılıb.
APA-nın Mingəçevir bürosunun məlumatına görə, sahildə dolaşan azyaşlı uşaqlar suyun çəkildiyi ərazidə naməlum əşya aşkar edib və hətta onunla oynamağa cəhd göstəriblər. Daha sonra onu görən ərazi sakinləri - məcburi köçkünlər onun mərmi olduğunu müəyyən edərək aidiyyəti qurumlara xəbər edib. ANAMA nümayəndələri əraziyə gələrək mərmini təhlükəsiz yerə götürüb.