• HADİSƏ

    14:15 12 mart 2019

Mingəçevir Sukanal İdarəsinin həyətində yanğın olub

Mingəçevir Sukanal İdarəsinin həyətində yanğın olub.

ONA-nın yerli bürosunun verdiyi məlumata görə, Sukanal İdarəsinin həyətindəki yaşıllıq zolağında baş verib. Bir tərəfdən fərdi yaşayış evləri, digər tərəfdən qamışlıq ərazi və müəssisənin texniki bölümü ilə əhatə olunan sahədə baş verən güclü yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin iki yanğınsöndürmə briqadası cəlb olunub. Yanğın söndürülüb, alovun digər ərazilərə keçməsinin qarşısı alınıb. Bununla belə həyətin yaşıllıq zolağında ağaclar, kollar və bitkilər məhv olub.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

Hafiz

Teqlər:

SON XƏBƏRLƏR