• HADİSƏ

    22:49 24 aprel 2019

Mingəçevirdə 12 yaşlı uşağı it dişləyib

Mingəçevirdə küçə iti uşağa hücum edib.

ONA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə axşam saatlarında İncilli yaşayış massivində baş verib.

2007-ci il təvəllüdlü Amil Ramin oğlu Mikayılovu küçədə dolaşan sahibsiz it dişləyərək ağır xəsarətlər yetirib.

Xüsusilə ayaq nayihəsindən ciddi yara alan uşaq xəstəxanaya çatdırılıb.

Ona quduzluq əleyhinə vaksin vurulub, əməliyyat olunub.

Ehtiram Muradov

Aytən

Teqlər:

SON XƏBƏRLƏR