• HADİSƏ

    14:38 5 aprel 2019

Mingəçevirdə 19 yaşlı gənci bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB

Mingəçevirdə 19 yaşlı gənci bıçaqlayan şəxs saxlanılıb

ONA-nın Mingəçevir bürosunun məlumatına görə, günorta saatlarında şəhər mərkəzində Sərxan Rüstəm oğlu Muradovu bıçaqlamaqda şübhəli bilinən İsmayıllı rayon sakini Ülvi Əhmədov Mingəçevir şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Saxlanılan şəxs ilkin dindirilmə zamanı hadisəni şəxsi münasibətlər zəminində törətdiyini etiraf edib.

Faktla bağlı araşdırma aparılır.

***

13:59

Mingəçevirdə bıçaqlanma hadisəsi baş verib.

ONA-nın Mingəçevir bürosunun məlumatına görə, bu gün günorta saatlarında şəhər ərazisində mübahisə və münaqişə zəminində 2000-ci il təvəllüdlü Sərxan Rüstəm oğlu Muradov bıçaqlanıb. Ağır xəsarət alan gənc xəstəxanaya yerləşdirilib.

Hadisənin səbəbləri araşdırılır.

Ehtiram Muradov

Gülşən

Teqlər:

SON XƏBƏRLƏR