• HADİSƏ

    09:56 13 may 2019

Mingəçevirdə 19 yaşlı qız üçüncü mərtəbədən yıxılıb

Mingəçevirdə 19 yaşlı qız üçüncü mərtəbədən yıxılıb.

ONA-nın Mingəçevir bürosunun xəbərinə görə hadisə bu gün səhər saatlarında Energetiklər yaşayış massivində, Cəmil Əliyev küçəsi 7 ünvanında baş verib.

Həmin ünvanda yaşayan, 2000-ci il təvəllüdlü Teymurova Elnarə Elçin qızı yaşadığı binanın 3-cü mərtəbəsindən yerə yıxılıb. Nəticədə ağır bədən xəsarətləri alan qız dərhal xəstəxanaya yerləşdirilib. O, paltar sərmək istərkən ehtiyatsızlıq nəticəsində yıxılıb. Xəstəxanaya çatdırılan yaralı dərhal əməliyyat olunub. Müayinələr zamanı onun bir sıra bədən xəsarətləri ilə yanaşı, bud və ayaq nahiyələrində sınıqların olduğu müəyyən edilib. Görülən tədbirlər nəticəsində gənc qızın durumu nisbətən stabilləşib və həyati təhlükəni geridə buraxıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Ehtiram

Teqlər:

SON XƏBƏRLƏR