• HADİSƏ

    19:17 11 mart 2019

Mingəçevirdə 22 yaşlı qız qazdan zəhərlənib

Mingəçevirdə 22 yaşlı qız qazdan zəhərlənib.

ONA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Sahil küçəsi-7 ünvanında baş verib.

1997-ci il təvəllüdlü şəhər sakini Türkan Tərlan qızı Hüseynova yaşadığı mənzildə dəm qazından zəhərlənib. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. T.Hüseynovanın durumunun orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

Aytən

Teqlər:

SON XƏBƏRLƏR