Mingəçevirdə qolu doğranmış 34 yaşlı kişi xəstəxanaya yerləşdirilib.
ONA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Energetik yaşayış massivində, məcburi köçkünlərin müvəqqəti olaraq məskunlaşdığı mehmanxana binasında baş verib.
Belə ki, 1985-ci il təvəllüdlü Vüqar Rasim oğlu Məmmədov naməlum şəraitdə sol qolundan aldığı ağır kəsik yarası ilə xəstəxanaya çatdırılıb. Onun arterial damarlarının ciddi zədələndiyi deyilir. Yaralı dərhal cərrahi əməliyyata alınıb.
Faktla bağlı araşdırma aparılır.