• HADİSƏ

    19:03 12 may 2019

Mingəçevirdə 39 yaşlı qadın dərmandan zəhərlənib, vəziyyəti ağırdır

Mingəçevirdə 39 yaşlı qadın normadan artıq dərman içib.

ONA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Aydın Məmmədov küçəsi 12, mənzil 40 ünvanında baş verib.

Belə ki, 1980-ci il təvəllüdlü ev sakini Cavadova Günel Elton qızı normadan artıq qəbul etdiyi dərmən preparatlarının təsirindən zəhərlənərək huşsuz vəziyyətə düşüb.

G. Cavadova dərhal xəstəxanaya çatdırılıb.

Qadının dərmanı qəsdən , yoxsa təsadüfən normadan artıq miqdarda qəbul edib- etmədiyi hələlik məlum deyil. G. Cavadovanın durumunun ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram

Teqlər:

SON XƏBƏRLƏR