Mingəçevir şəhərində axşam saatlarında 45 yaşlı qadın yaşadığı binanın
blokunda ağır xəsarət alıb.
ONA-nın yerli bürosunun məlumatına görə, hadisə Heydər Əliyev prospekti,
30 ünvanında baş verib.
Həmin ünvandakı beşmərtəbəli binanın bloklarından birindən 1974-cü il təvəllüdlü Mingəçevir sakini Əsgərova Zemfira Müzəffər qızı yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb. İlkin müayinə zamanı onun sağ ayağının dizdən aşağı hissəsinin sındığı müəyyən olunub. Yaralı qadın pilləkənlərdə büdrədiyini iddia edib.
Faktla bağlı araşdırma aparılır.