Mingəçevirdə 51 yaşlı kişi üzərinə benzin tökərək özünü yandırıb.
ONA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə şəhərin sağ sahil yaşayış sektorunda baş verib.
Şəhər sakini 1968-ci il təvəllüdlü Zakir Gülməmməd oğlu Süleymanov küçədə üzərinə benzin tökərək özünü yandırıb. Yalnız ətrafdakıların köməyi ilə alovlanan kişini söndürmək mümkün olub. Müxtəlif dərəcəli yanıq xəsarətləri alan yaralı xəstəxanaya yerləşdirilib.
Hadisənin nədən qaynaqlandığı məlum deyil. Bununla belə, Z.Süleymanovun psixoloji problemləri olduğu deyilir.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov