• HADİSƏ

    22:06 25 mart 2019

Mingəçevirdə avtomobil işıq dirəyini aşırıb

Mingəçevirdə avtomobil işıq dirəyini aşırıb.

ONA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə şəhər avtovağzalı yaxınlığında baş verib.

Yağışlı havada idarəetmədən çıxan “Mercedes” markalı avtomobil yol kənarındakı iki metal maneəyə çırpılıb. Belə ki, iri işıq dirəyini aşıran avtomobil digər metal maneəni də ciddi şəkildə zədələyib. Qəzadan yüngül xəsarətlə qurtulan sürücü avtomobilini hadisə yerində ataraq, ərazidən uzaqlaşıb.

Hadisə nəticəsində şəhərin işıqlandırılma təsərrüfatına ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR