• HADİSƏ

    00:21 29 aprel 2019

Mingəçevirdə avtomobil kanala düşüb, sürücü xəsarət alıb

Mingəçevirdə avtomobil kanala düşüb.

ONA-nın Mingəçevir bürosunun xəbərinə görə, hadisə axşam saatlarında Mingəçevir-Xaldan şossesində baş verib.

Belə ki, idarəetmədən çıxan "VAZ 2115" markalı minik maşını yol kənarındakı kanala düşüb. Nəticədə xəsarət alan sürücü - 1988-ci il təvəllüdlü Vaqif Nemət oğlu Ramazanova yerindəcə tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram

Teqlər:

SON XƏBƏRLƏR