• HADİSƏ

    21:40 14 aprel 2019

Mingəçevirdə avtomobil su arxına aşıb

Mingəçevirdə avtomobil aşıb, nəticədə sürücü ağır xəsarət alıb.

ONA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Energetik yaşayış massivində baş verib.

Sürücünün idarəetməsindən çıxan “VAZ 2114” markalı minik maşını aşaraq yol kənarındakı su arxına düşüb. Hadisə nəticəsində müxtəlif bədən xəsarətləri ilə sükan arxasında sıxılıb qalan 1981-ci il təvəllüdlü Xocalı sakini Mənsur Quliyev avtomaşından çıxarılaraq xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR