• HADİSƏ

    21:47 22 aprel 2019

Mingəçevirdə avtomobilin vurduğu piyada xəsarət alıb

Mingəçevirdə piyadanı avtomobil vurub.

ONA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Puşkin küçəsində baş verib.

Yolu keçmək istəyən 1976-cı il təvəllüdlü Ağdam rayon sakini Cəfərova Kəmalə Əli qızı "VAZ 21099" markalı minik avtomobilinin zərbəsinə tuş gəlib. Müxtəlif bədən xəsarətləri alan qadın xəstəxanaya yerləşdirilib. Hazırda vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR