• HADİSƏ

    21:29 28 aprel 2019

Mingəçevirdə avtomobilin vurduğu velosipedçi xəsarət alıb

Mingəçevir şəhərində velosipedçinin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

ONA-nın Mingəçevir bürosunun xəbərinə görə, 1969-cu il təvəllüdlü Yusifov Ayaz Telman oğlu Heydər Əliyev prospektində velosipedlə hərəkətdə olarkən "Mercedes" markalı avtomobil onu vurub.

Xəsarət alan A.Yusifov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram

Teqlər:

SON XƏBƏRLƏR