• HADİSƏ

    01:13 26 may 2019

Mingəçevirdə baş vermiş yol qəzasında sürücülərdən birinin qolu sınıb

Mingəçevir şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə axşam saatlarında Rəsul
Rza küçəsində qeydə alınıb.

Belə ki, “Mersedes” və “VAZ 2107” markalı minik avtomobilləri toqquşub.
Baş vermiş qəza nəticəsində “VAZ2107”-ın sürücüsü, 1987-ci il təvəllüdlü şəhər sakini Məmmədov Vüqar İlqar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya
yerləşdirilib. Onun sol qolunun sındığı bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram

Teqlər:

SON XƏBƏRLƏR