• HADİSƏ

    10:50 11 may 2019

Mingəçevirdə çobanı ilan çalıb

Mingəçevirdə ilansancma hadisəsi qeydə alınıb.

ONA-nın Mingəçevir bürosunun məlumatına görə, şəhərin Vaqonlar adlanan ərazisindəki fərdi təsərrüfatda heyvanları otaran çoban, Kəlbəcər rayon sakini, 1989-ci il təvəllüdlü Abbasov Qaryağdı Kərəm oğlunu ilan çalıb.

Dərhal xəstəxanaya çatdırılan çobana tibbi yardım göstərilib və ilan zəhəri əleyhinə zərdab vurulub.

Hazırda onun müalicəsi xəstəxana şəraitində davam edir.

Ehtiram

Teqlər:

SON XƏBƏRLƏR