Mingəçevirdə dəmir toplayan Yevlax sakinini cərəyan vurub.
ONA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Yeni Həyat qəsəbəsində qeydə alınıb. Dəmir tullantılarının alqı-satqısı ilə məşğul olan, Yevlax şəhər sakini, 1978-ci il təvəllüdlü Heydərov Elbariz Əlisahib oğlu almaq istədiyi metalı yoxlayarkən onu elektrik cərəyanı vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov