• HADİSƏ

    09:26 1 aprel 2019

Mingəçevirdə ev yanıb

Mingəçevirdə fərdi yaşayış evində yanğın baş verib.

ONA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə səhər saatlarında qeydə alınıb. Bağlar yaşayış massivinin 8-ci küçəsində yerləşən fərdi təsərrüfatlardan birində yanan iki otaqlı yaşayış evinin söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası cəlb olunub. Yanğın lokallaşdırılaraq söndürülüb. Yanğından xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR