Mingəçevirdə baş vermiş ölüm hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.
ONA-nın Mingəçevir bürosunun məlumatına görə, cinayət hadisəsi içki məclisi zamanı baş verib.
Belə ki, yüngül təbiətli qadınların da yer aldığı məclisdə kimliyi tam müəyyənləşdirilməmiş ev sahibi ilə qonaqlardan biri olan Zülfiqar adlı şəxs arasında yaranan mübahisə münaqişəyə çevrilib. Ev sahibi sərt şəkildə döyülüb və çoxsaylı xəsarətlər alıb. Bundan sonra o, silah götürərək atmaq istəyərkən qonaqlar onun üstünə atılaraq silahı əlindən almağa çalışıb. Qarışıqlıq zamanı silahdan açılan atəş nəticəsində güllə 1961-ci il təvəllüdlü Mingəçevir şəhər sakini İbrahimov Akif İbrahim oğluna dəyib və o, hadisə yerində keçinib.
Hazırda hadisə yerində araşdırma aparılır, ölənin, xəsarət alanların və münaqişə iştirakçılarının kimliyi müəyyən olunur.
Baş vermiş hadisə ilə bağlı Mingəçevir şəhər Prokurorluğunda cinayət işi başlanılıb.
***
Saat 19:58
Mingəçevirdə qətl hadisəsi baş verib.
ONA-nın Mingəçevir bürosunun məlumatına görə, şəhərin "Energetik" yaşayış massivində yerləşən fərdi təsərrüfatlardan birində bir qrup naməlum şəxs arasında düşən dava ölümlə nəticələnib.
Bir nəfər odlu silahdan açılan atəşlə qətlə yetirilib. Qətlə yetirilən şəxsin kimliyi araşdırılır. Mübahisədə bir nəfər isə ağır xəsarət alıb.
Faktla bağlı araşdırma başladılıb.