Mingəçevirdə iki avtomobil toqquşub, ər-arvad xəsarət alıb - [color=red]FOTO[/color]
  • HADİSƏ

  • 14:46 28 Mart 2019

Mingəçevirdə iki avtomobil toqquşub, ər-arvad xəsarət alıb - FOTO

Mingəçevirdə yol qəzası baş verib.

ONA-nın Mingəçevir bürosunun məlumatına görə hadisə Heydər Əliyev prospekti ilə M.Moqamayev küçələrinin kəsişməsində qeydə alınıb. Yüksək sürətlə hərəkət edən “Niva” markalı maşın “Hyundai” markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində “Hyundai”ın sürücüsü Kənan Şükür oğlu Şükürov və onun həyat yoldaşı Leyla Niyazi qızı Şükürova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hər iki yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

Hafiz Heydərov

Teqlər: qəza toqquşma Mingəçevir

OXŞAR XƏBƏRLƏR