Mingəçevirdə iki bacı dəm qazından boğulub.
ONA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospekti 90 ünvanında qeydə alınıb. Şəhər sakini, 1995-ci il təvəllüdlü Roza İbadova və onun bacısı, 2001-ci il təvəllüdlü Emilya Mobilçenko yaşadıqları mənzildə qazdan boğularaq ölüblər.
Qeyd edək ki, ölən bacılardan biri ailəli, digəri subay olub.
Faktla bağlı araşdırmalara başlanılıb.
Ehtiram Muradov