Mingəçevirdə azyaşlı üzərinə qaynar su dağılması nəticəsində xəsarət alıb.
APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə keçmiş Dəmir-Beton Məmulatları zavodunun həyətində məskunlaşan məcburi köçkün ailəsində baş verib.
Üzərinə isti suyun dağılması nəticəsində 2019-cu il təvəllüdlü Cəfərli Ümid Ramal oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.