Mingəçevirdə Kür çayında boğulma hadisəsi qeydə alınıb.
APA-nın yerli bürosunun məlumatına görə, 1989-cu il təvəllüdlü şəhər sakini Əmirov Vasif Knyaz oğlu üzə bilmədiyindən boğulma təhlükəsi ilə üzləşib.
Çayda onun batdığını görən gəzinti qayıqlarından biri dərhal hərəkətə keçərək V.Əmirovu xilas edib.
Xilas edilən şəxs xəstəxanaya çatdırılıb.
Onun çay üzərindəki körpüdən hansı səbəbdən suya düşməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.