Mingəçevirdə mikroavtobus qəza törədib - [color=red]FOTO[/color]
  • HADİSƏ

  • 07:33 29 May 2019

Mingəçevirdə mikroavtobus qəza törədib - FOTO

Mingəçevirdə mikroavtobus minik maşını ilə toqquşub.

ONA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə səhər saatlarında Heydər Əliyev prospektinin Nizami küçəsi ilə kəsişməsində baş verib.

Belə ki, “Ford” markalı mikroavtobus “Opel” markalı minik maşını ilə toqquşub. Hadisə nəticəsində ciddi xəsarət alan olmasa da, yolda avtomobillərin hərəkətində müvəqqəti çətinlik yaranıb, o cümlədən  şəhər bazarlarından birinin yerləşdiyi bu hissədə ticarət mərkəzinə giriş məhdudlaşıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

Teqlər: Mingəçevir qəza

OXŞAR XƏBƏRLƏR