• HADİSƏ

    17:52 1 yanvar 2021

Mingəçevirdə oğul ananı öldürüb - YENİLƏNİB

Mingəçevirdə anasını öldürməkdə şübhəli sayılan şəxs saxlanılıb.

APA-nın məlumatına görə, 1948-ci il təvəllüdlü anası Əhmədova Afaq İbiş qızını çəkiclə vuraraq qətlə yetirməkdə şübhəli sayılan oğlu – 1981-ci il təvəllüdlü İslam Əhmədov saxlanılıb.

Qeyd edək ki, hadisə bu gün Nizami küçəsi 13, mənzil 5 ünvanında baş verib. İ.Əhmədov anası A. Əhmədovanı çəkiclə vuraraq öldürüb.

***

saat 17.25

Mingəçevirdə oğul ananı öldürüb.

APA-nın məlumatına görə, hadisə Nizami küçəsi 13, mənzil 5 ünvanında baş verib.

Oğul çəkiclə 1948-ci il təvəllüdlü anası Əhmədova Afaq İbiş qızını vuraraq öldürüb.

Hadisəni törədən şəxsin ruhi xəstə olduğu bildirilir.

Faktla bağlı Mingəçevir şəhər Prokurorluğunda cinayət işi açılıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR