• HADİSƏ

    15:31 14 mart 2019

Mingəçevirdə orta məktəb binası qəzalı vəziyyətə düşüb - FOTO

Mingəçevirdə orta məktəbin köməkçi korpusu qəzalı vəziyyətə düşüb.

ONA-nın Mingəçevir bürosunun verdiyi məlumata görə, hadisə ötən gün axşam saatlarında Baxşəli Şıxaliyev adına 6 saylı orta məktəbdə qeydə alınıb. Məktəbin köməkçi korpusunun qəzalı vəziyyətə düşməsi ilə bağlı yeddi sinfin 200 şagirdi əsas korpusa köçürülüb və orada müvəqqəti olaraq iki növbəli tədris qrafiki yaradılıb.

Qəza ilə bağlı şəhər Təhsil Şöbəsi nümayəndələri və Fövqəladə Hallar Nazirliyinin (FHN) regional nümayəndəliyinin təmsilçiləri məktəbə baxış keçirib. Vəziyyətlə bağlı tərtib olunan akt bu gün FHN nümayəndələrinə təqdim olunacaq.

Ehtiram Muradov

Hafiz

Teqlər:

SON XƏBƏRLƏR