• HADİSƏ

    15:18 4 aprel 2019

Mingəçevirdə orta məktəbdə yanğın təhlükəsi yaşanıb

Mingəçevirdə orta məktəblərdən birində yanğın təhlükəsi yaşanıb.

ONA-nın Mingəçevir bürosunun məlumatına görə hadisə 13 saylı orta məktəbdə baş verib. Məktəbin dəhlizində elektrik paylayıcı qurğuda yaranan nasazlıq alovlanmaya səbəb olub. Hadisə nəticəsində şagirdlər arasında qorxu və təlaş yaşanıb. Hadisəyə dərhal müdaxilə olunub və yanğının qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

Aytən

Teqlər:

SON XƏBƏRLƏR