• HADİSƏ

    04:10 11 sentyabr 2020

Mingəçevirdə qadın bıçaqlanıb 


Mingəçevirdə bıçaqlanma hadisəsi qeydə alınıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Nizami küçəsində baş verib. 1986-cı il təvəllüdlü Yevlax rayon sakini Məmmədova Mirvari Yaşar qızı mübahisə zəminində bıçaqlanıb.

Onun qoluna və sinəsinə 4 bıçaq zərbəsi vurulub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

İlkin məlumata görə, qadın doğmalarından biri tərəfindən vurulub.

Faktla bağlı araşdırma aparılır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR