• HADİSƏ

    01:41 30 avqust 2019

Mingəçevirdə qədim qovaq ağacı məcburi köçkünlərin məskunlaşdığı turist bazasına aşıb - FOTO


Mingəçevirdə 120 ildən artıq yaşı olan qovaq ağacaı bu saatlarında kökündən qoparaq yaşayış ərazisinə aşıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə hadisə az öncə Mingəçevir Su Anbarı hövzəsində yerləşən köhnə turist bazasında baş verib.

Məcburi köçkünlərin məskunlaşdığı bu bazanın giriş qapıları önündə qəfildən aşan qovaq ağacının 120 ildən artıq yaşı olduğu deyilir. Nəhəng ağac iri gövdə və budaqları ilə ətrafa yayılıb. Hətta ətrafındakı nisbətən gənc həmişəyaşıl ağacların da bir qisminin üstünə düşərək onlara da zərər verib. Hadisə gecə saatlarında baş verdiyindən turist bazası ərazisində məcburi köçkünlərdən zərərçəkən şəxs olmayıb.


Ehtiram

Teqlər:

SON XƏBƏRLƏR